17 avqust Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın səhnə fəaliyyətinin 50 illik yubileyi və doğum günüdür.
Dünən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə İlhamə xanım mədəniyyət və incəsənət sahəsində göstərdiyi xidmətə görə “Ustad Sənətkar” ali media mükafatına layiq görülüb. Həmin ödül sənətkara “Space” kanalının “Hər səhər” verilişinin canlı efirində təqdim olunacaq.
Qeyd edək ki, İlhamə xanım adıçəkilən ittifaqın fəxri üzvüdür.
ANS PRESS