Dünyaca məşhur Forbes jurnalı son 1 il üçün dünyanın ən məşhur və zəngin gənclərinin siyahısını tərtib edib.
1-ci yeri hər hərəkəti ilə dünyanı şoka salan Ledi Qaqa tutub. Onun sərvəti ümumilikdə 80 milyon dollar təşkil edir.
Keçən siyahıda 2-ci yerdə olan Castin Biber bu il 58 milyon dollarla siyahıda 2-ci yerdə yerə sahib çıxıb. Siyahının 3-cü yerində 55 milyon dollarla Taylor Svift gəlir.
Rihanna 43 milyon dollarla 4, Kati Perri 39 milyon dollarla 5, Adele 25 milyon dollarla 6-cı yerləri tutblar. “Alatoranlıq” filminin aktyorları olan Kristen Stüart və Taylor Lotner isə 22 milyon dollarla 7-ci yerdə bərqərar olublar.
ANS PRESS