"İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası
23.12.2011

Bu gün Rus Dram Teatrında O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş "İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası baş tutacaq.
Rollarda: Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya, teatrın aktyorları: Əskər Rəhimov, Mədinə Mulayeva. Tamaşa Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski tərəfindən səhnəyə qoyulub.