Oğurlanmış 2 milyon dollarlıq skripka tapıldı
31.7.2013

Britaniya polisi Antonio Stradivarinin əl işi olan və üç il qabaq Londonda oğurlanmış skripkanı tapmağa nail olub.

$1,8 milyon dollarlıq skripka öz qılafının içində Londonda tapılıb. Polisin məlumatına görə, nə skripka, nə də onun çubuğu zərər görməyib. Polis başqa detallar barədə məlumat verməyib. Skripka Cənubi Koreyadan olan skripkalı Min Çin Kimə təhvil verilib. 1696-cı ildə düzəldilmiş skripka 2010-cu ilin noyabrında London Simfonik Orkestri ilə çıxış edən Kimdən oğurlanıb.

ANS PRESS