Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 1-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
APA