"Yeməli yeni İl" aksiyası
23.12.2011

23 dekabr Park Bulvar-da “Birliyə Doğru” xeyriyyə təşkilatının "Yeməli yeni İl" adlı aksiyası keçiriləcək. Tədbirdə bir çox şirkətlərin şirniyyat məhsulları təqdim olunacaq və bütün istəyənlərə satılacaq. Aksiyadan əldə ediləcək bütün vəsait internat məktəblərdə yaşayan yetim uşaqlara sərf ediləcək.