Alimlər 500 il əvvəl Argentina ərazisində yerləşən bir yanar dağın zirvəsində qurban edilərək basdırılan İnka mumiyasının ölümünə dair sirr olan məqamları aşkara çıxarıblar.
500 yaşlı inkalı qız dini mərasimdə qurban verilərkən 13 yaşında olub.
Mumiyanın üzərində edilən testlər nəticəsində aydın olub ki, dini mərasim zamanı qız pivə və koka yarpaqları ilə ağır şəkildə keyidilərək donması üçün Andes dağına aparılıb. “Buz bacı” adlandırılan inkalı qız iki qardaşı ilə birlikdə 1999-ci ildə Argentinada Andes dağında tapılıb.
Aradan 500 il keçməsinə baxmayaraq sanki dünən ölmüş kimi canlı dayanan və heç bir orqanı, hətta üzərindəki geyimlər belə çürüməyən qızın İnk qəbiləsinə aid olduğu deyilir. Araşdırmalar nəticəsində onun ağciyərində tüberküloza bənzəyən ağciyər infeksiyalarına da rast gəlinib.
Beləliklə, indiyənə qədər ilk dəfə bir mumyada infeksiya aşkar edilib. DNT testlərinə görə, eyni zamanda onun hüceyrələrinin möhkəm və sağlam olduğu təyin olunub.
Big.az