Evdən 2 yük maşını zibil çıxdı
1.8.2013

Türkiyənin Ordu ərazisində yaşayan 82 yaşlı qadının evindən 2 yük maşını zibil çıxıb.

Ordu Bələdiyyəsi Zabıta qrupları Yeni Məhəllə 329 nömrəli küçədə İsmət Kocaoğluna aid evdə, ətrafa pis qoxular yayılması şikayətinə əsasən əməliyyat aparıb. Bu zaman onlar evdə qalaq-qalaq zibil yığıntıları ilə qarşılaşıb. İsmət Kocaoğlunun etirazına baxmayaraq, qrup yük maşınlarının köməyilə zibilləri evdən çıxara bilib. Evdən 2 yük maşını ilə dolu zibil toplandıqdan sonra, oraya dizinfeksiya üçün dərmanlar tökülüb.

Qeyd edək ki, türk vətəndaşı qadın 10 il əvvəl həyat yoldaşını itirdiyi evdə tək yaşayır.

Big.az