Xeyriyyə xarakterli “Bir fırçanın rəqsi” adlı sərgi açılacaqdır
1.8.2013

Avqustun 1-də “Baku Creative Center”in dəstəyi ilə 11 yaşlı Samirə Hüseynovanın “Bir fırçanın rəqsi” adlı fərdi sərgisi açılacaqdır.
“Baku Creative Center”dən bildirilmişdir ki, iki gün davam edəcək sərgi xeyriyyə xarakteri daşıyır.
Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. O, anadan ostre-artoz xəstəliyi ilə doğulmuşdur.
Samirə ilk şəklini 5 yaşında olarkən həkimi üçün çəkmiş, professional rəsmə isə 8 yaşında başlamışdır. Bu günədək üç böyük sərgisi keçirilmişdir.

AzərTac