Çoxdan gözlənilən şou baş tutacaq
1.8.2013

Bu isti yay günlərində sərinləmək istəyənləri məşhur DJ-lər sevindirəcək.

Belə ki, bu şənbə, yəni avqustun 3-ü qalmaqalları ilə məşhur DJ Roshka və DJ Qurik, eləcə də cazibədar DJ Liya bu yayın ən gözlənilən şousunu təqdim edəcəklər.

“White Beach Club”da baş tutacaq şou-konsert ən sərin köpük şousu ilə daha da maraqlı olacağını vəd edir. Şounun aparıcısı isə məşhur teleaparıcı Novruz İsmayıl olacaq.

Giriş 20 manatdır.


Gün.Az