Bu gündən etibarən sığortalanan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faizdən 10 faizə endirilib.
Əmanətlərin Sığortalanması Fonduna istinadən verilən xəbərə görə, bu dəyişiklik 1 avqust 2013-cü il tarixinədək yerləşdirilən əmanətlərə şamil edilmir.
Hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.
Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.
“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20 maddəsinə uyğun olaraq qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Mərkəzi Bankla razılaşdırmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir.
gun.az