“İstanbul Shopping Fest”də ən çox alış-veriş edən azərbaycanlılardır
1.8.2013

İstanbulda keçirilən “Shopping Fest”də ən çox gəlir əldə edilən ölkələrin adları açıqlandı.
Siyahıda liderliyi Azərbaycan vətəndaşları tutub.

“Shopping Fest”in idarə heyətinin rəhbəri Vahab Küçük bildirib ki, 8-30 iyun tarixlərində keçirilən festivaldan 8 milyard 250 milyon lira (3 milyard 671 milyon 250 min manat) gəlir əldə edilib.

O bildirib ki, bu keçən ilin göstəricisindən 10 faiz artıqdır.

V.Küçük sözlərinə əlavə edib ki, festivalda ən çox alış-veriş edənlər azərbaycanlılar olub.

“Bu il əldə edilən gəlirin 12 faizi (440 milyon 550 min manat) Azərbaycanın payına düşür.

Növbəti yerləri isə Səudiyyə Ərəbistanı, İran, Küveyt və Rusiya tutur. “Gezi Parkı” hadisələri olmasaydı gəlirlərimiz daha da çox olardı” – deyə, V.Küçük vurğulayıb.

gun.az