Altay Sadıxzadənin sərgisi
23.12.2011

2011-ci il 28 dekabrdan 2012-ci il 6 fevrala qədər Müasir İncəsənət Muzeyində Altay Sadıxzadənin rəsm və heykəltaraşlıq “22 HX” sərgisi keçiriləcək.
Rəssam 1951-ci ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.
Rəssamın qrafikanın başqa formalarına, teatr dekorasiyasına, dizayna müraciət etməsinə baxmayaraq, o, əsasən rəsm əsəri yaradır.