Azərbaycan prezidenti Abşeronda yol tikintisinə 3 milyon manat ayırıb
2.8.2013

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3.0 (üç) milyon manat ayrılıb.

APA