Meksikada ən uzun sendviç hazırlanıb - VİDEO
2.8.2013

Meksikanın paytaxtı Mexikoda Latın Amerikasının ən uzun sendviçi hazırlanıb. “Torta” adlandırılan sendviçin hazırlanmasında 100-dən çox adam iştirak edib.

Uzunluğu 58 metr, ağırlığı isə 750 kiloqram olan sendviçinin hazırlanmasında minlərlə çörək, bibər, soğan, pomidor, yüzlərlə litr mayonez, xardal və istiotlu sousdan istifadə edilib. Sendviçin hər qatına aşbazlar tərəfindən məxsusi olaraq hazırlanmış ət məhsulları əlavə edilib.

Mexiko meri Marko Aqilar bildirib ki, şəhərdə nəhəng torta sendviçinin hazırlanması ənənəsi artıq 10 ildir davam etdirilir, bu il isə torta Latın Amerikasının ən uzun sendviçi olaraq Ginnesin rekordlar kitabına düşüb. Rekord qeydə alındıqdan sonra ən böyük sendviç dilimlənərək, tədbirə qatılan minlərlə insana paylanıb.

VİDEO

ANS PRESS