VII Beynəlxalq “Alaniya” simpoziumu başlanılıb
2.8.2013

Avqustun 1-də Vladiqafqazda VII Beynəlxalq “Alaniya” simpoziumu başlanılıb. Simpozium Rusiya Federasiyasınını Mədəniyyət və Şimali Osetiya –Alaniya Respublikasının Mədəniyyət və Kütləvi Kommunikasiya nazirlərinin birgə dəstəyi ilə təşkil edilib. İtaliya, Türkiyə, Almaniya, İsrail, Serbiya, Xorvatiya, Böyük Britaniya, Gürcüstan, Azərbaycan, Dağıstan, Şimali Osetiya-Alaniyadan 20 iştirakçı 15 gün ərzində müasir incəsənət layihələrini reallaşdıracaq.

Bu il Simpoziumun proqramı çox zəngindir. Tədbir çərçivəsində Şimali Qafqazın gənc rəssamlarının ikinci forumu keçiriləcək. Gənc rəssamlar bir-birilərininin işləri ilə tanış olmaq, ustadlardan məsləhət almaq, onların fikirlərini öyrənmək, müasir incəsənət haqqında mühazirələri dinləmək imkanı əldə edəcəklər. Qeyd edək ki, VII “Alaniya” simpoziumu avqustun 15- dək davam edəcək.

publika.az