Bu gün xalq artisti, sevilən aktyor Fəxrəddin Manafovun doğum günüdür.
Manafov Fəxrəddin avqustun 2-də, 1955-ci ildə Xankəndində dünyaya gəlib.
1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.
1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
F.Manafov “Əlvida, cənub şəhəri”, “Ölsəm... Bağışla”, “Təhminə”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Hökmdarın taleyi” kimi filmlərdən tamaşaçılara yaxşı tanışdır.
gun.az