Başsız döyüşçü tapıldı
2.8.2013

Meksika arxeoloqları təxminən 1400 il qabaq başı kəsilmiş döyüşçünün qəbrini tapıblar.
Qədim qəbir Mexikonun şimalında tapılıb. Bu ərazidə orta əsrlərdə Tlakopan şəhər-dövləti yerləşib. Alimlər hesab edirlər ki, dəfn edilmiş şəxs məşhur döyüşçü olub. Onun yanında bahalı daş-qaş, qızıl daşdan hazırlanmış bəzək əşyaları tapılıb.

publika.az