Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.
Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.
Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.
APA