“Avatar” qayıdır
5.8.2013

Ceyms Kameronun sözlərinə görə, o, sikvel üzərində işləməyə başlayanda anlayıb ki, “Avatar”ın kainat və personajları əvvəl göründüyündən daha çox geniş imkanlar verir.

Bütün nəzərdə tutulanları iki filmə yerləşdirmək mümkün olmadığından, onun davamı üç bütöv seriyadan ibarət olacaq.

Bu barədə “Screen Daily” portalı yazır.

Kameron “Avatar”ın üç yeni seriyasının ssenarisi üzərində iş üçün dörd ssenarist dəvət edib: Amanda Silver, Rik Caffa, Şeyn Salerno və Coş Fridman.

“Fox” kinoşirkəti hər üç filmi eyni vaxtda, bir çəkiliş meydançasında çəkməyi planlaşdırır. Çəkilişlər 2014-cü ildə başlamalıdır. Ekran əsərinin böyük hissəsi Pandora planetinin sualtı dünyasına həsr olunacaq.

“Avatar”ın ikinci hissəsinin 2016-cı ilin dekabrında, üçüncü və dördüncü hissələrin isə 2017-ci və 2018-ci illərin Milad bayramında buraxılması planlaşdırılıb.

Gün.Az