Putinin imtina etdiyi avtomobil – Foto
5.8.2013

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin 2012-ci ilin sonunda Rusiya bayrağını layiqincə gəzdirə biləcək bir avtomobilə minmək istədiyini ifadə edib.

Bununla da, prezident hal-hazırda istifadə etdiyi, Rusiya markasından olan ZİL-4112P model maşınından məmnun olmadığını açıq şəkildə bəyan etmiş olub.

Putinin ürəyincə olmayan, lakin istifadə etmək məcburiyyətində qaldığı limuzin 100 kilometrə 65 litr yanacaq “yeyir”.

Bütün bu narazılıqlardan sonra Rusiyanın avtomobil dizaynı ilə məşğul olan saytlarından biri Formula-1 yarışlarının “Marussia” heyəti ilə birlikdə “Prezident üçün avtomobil” müsabiqəsi təşkil etdiyini bildirib. Sayta 3 həftə ərzində 120-dən artıq dizayn nümunəsi göndərilib.

Münsiflər heyəti nümunələrin arasından rusiyalı dizayner Yaroslav Yakovlevin holland dostu Bernd Vil ilə birlikdə hazırladığı və “ZİL President” adını verdikləri modeli seçib.

Dizaynlarını bir-birini görmədən hazırlayan bu iki şəxs yalnız Skype vasitəsilə fikir mübadiləsi aparıblar və nəticədə prezidenti məmnun edəcək dizaynı ortaya çıxarmağa nail olublar.

GoMap.Az Türkiyə KİV-lərinə istinadən Putinin köhnə və yeni prezident avtomobilinin şəkillərini və onların dizayn fotolarını təqdim edir:


Gün.Az