Rusiyanın Omsk şəhərində avqustun 4-də Ginnessin rekordlar kitabı üçün yeni rekord müəyyən edilib. Şəhər sakini Tatyana Filatova gəlinlik fatasının uzunluğu 3,5 kilometr olub. Bu fata Livanda qeydə alınmış əvvəlki rekorddan 150 metr çoxdur.
Toy fatasının çəkisi demək olar ki, bir sentner olub və gəlinə 200 min rubla (6500 dollar) başa gəlib. Şleyfi daşımaq üçün 300 könüllü və 35 limuzin lazım gəlib. Gəlin Ginnessin rekordlar kitabına «Ən uzun fata» və «Ən uzun toy korteji» bölmələrində düşüb.
Video
publika.az