"Gənclik" metrosu yaxınlığındakı Atatürk parkı tamam yeni görkəm alacaq.
Məlumata əsasən, 2 hektar sahəsi olan parkda nadir ağaclar və kollar əkiləcək.
Parkda fəvvarə, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılacaq, sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
Parkda yenidənqurma işləri bu ildən başlanılacaq.
Milli.Az