Bu gün Londonda əvvəllər heç vaxt görülməmiş delikates hazırlanacaq. İlk görünüşdə bu, adi ət parçasıdır. Məsələnin qeyri-adi tərəfi onun ərsəyə gəlməsidir. Süni ət parçası Hollandiyanın Maastrix universitetinin labaratoriyasında professor Mark Postun rəhbərliyi altında hazırlanıb, onun hazırlanmasında bitki gövdələrinin hüceyrələrindən istifadə edilib.
141 qram çəkisi olan süni ət parçasının qiyməti 380 milyon dollardan artıqdır. Londonon adı açıqlanmayan restoranlarından biri onu öz menyusunda istifadə edəcək. O, ənənəvi qaydada bişiriləcək və yeyiləcək.
Əvvəlcə planlaşdırılırdı ki, britaniyalı məşhur aşbaz Heston Blyumental bu ətdən yemək hazırlayacaq. Son anda isə professor Postun özü onu bişirməyi qərara alıb. İki könüllü jurnalist isə bişirilən yeməyi yeyəcək.
Süni at hansısa dada malik deyil. "Onda ümumiyyətlə, heç bir dad yoxdur, ancaq o sterildir", - elm adamları deyib.
Professor Postun sözlərinə görə, onların ərsəyə gətirdiyi texnika bütün dünyada aclığa son qoyacaq. "Bu ətin hazırlanması üçün hansısa fermaya, yemə, heyvanların içməsi üçün suya ehtiyac yoxdur. Bundan belə, bu ət xüsusi zavodlarda istənilən miqdarda hazırlana bilər, bu isə ətin qiymətinə əhəmiyyətli təsir göstərəcək", - professor bildirib.
ANN.Az