Qoç - İşləri əvvəlcədən dəqiq planlaşdırmasanız, günün ilk yarısı qarışıq və laübalı olacaq. Situasiyadakı ümumi nevroz vəziyyəti nəzərə alın.
Tələsiklik, fikirlərdəki və hərəkətlərdəki məntiqsizlik, emosiyaların əsarətinə düşmək işlərdə ciddi problemlər yarada bilər. İşinizin bir qismini başqasına həvalə etmək və ya yaxın ətrafınızdakı adamlardan birindən aktivliyin istənilməsi kəskin etirazlara səbəb olacaq.
Cari işlərin çərçivəsində qalın. Problemlərin çözümünə yaradıcı yanaşın. Nəyisə dəyişmək zamanıdır. Diqqətinizin periferiyasında qalmış ünsürə diqqət yetirin.
Günün ikinci yarısı daha aram olacaq, amma emosiyalar səngiməyəcək. İddialar və tələblər azalır. Fikrinizi səlis izhar edin. Ən kiçik məsələlərdə də səmimi olun.
Buğa - Ləng, süst, astagəl olmayın. Rəhbərlik və ya tərəfdaşlar narazı qala bilərlər. Nöqsanlarla səhvləri sıralamayın.
Qısqanclıq, hövsələsizlik, səbirsizlik etməyin. Daxili münaqişə ilə qarşılaşaraq ətrafınızdakı insanların münasibətlərinin pisləşməsini laqeydliklə izləməyin.
İşgüzar və şəxsi münasibətlər emosiyaların təsiri altında dəyişməsin. Situasiyada sizdən asılı olmayan səbəblər ucbatından transformasiyalar yaşanır.
Seçim prosesinizi sürətləndirə biləcək insanla görüş istisna deyil. Münasibətlərdə stabilliyi qorumaq istəyirsinizsə, sadə olayları mürəkkəbləşdirməyin.
Axşam saatlarında dəvətlərdən imtina etməyin. Gəzinti, dadlı şam yeməyi yaşamdan həzz almağınıza yardım edəcək.
Əkizlər - Alış-verişdə bədxərclik etməyin, məntiqli və soyuqqanlı davranın. Retroqrad, mühafizəkar insanlar sizi ləngitməyə, maneçiliklər yaratmağa, sədlər ucaltmağa çalışacaqlar.
Sizin üçün böyük əhəmiyyət kəsb edən insanlardan biri ilə münasibətlərdə sərinləşmə meylləri yarana bilər.
Hadisələrə spontan reaksiya əlavə çətinliklər yaradaraq qarşı tərəfin narazılığa səbəb ola bilər.
Vaxtında dayanın, durumu gərginləşdirməyin.
Dostlardan məsləhət gözləməyin. Düşdüyünüz situasiyada hamıdan yaxşı məhz siz baş çıxara bilərsiniz.
İlk baxışdan təsadüfi təsir bağışlayan məlumat və görüşlərə diqqət yetirin. Bu gün istənilən xırdalığın əhəmiyyəti var.
Xərçəng - Hadisələrin ritmi zəif, emosional durum qeyri-stabildir. İşdəki problemlərin ailədə yaxınlarınız, sevdiyiniz insandan narazılığa çevrilməsinə imkan verməyin.
Fəaliyyətinizdə köklü yenidənqurma və ya dəyişikliklər etməyə can atmayın. Əks təqdirdə sizi hansısa güzəştə getməyə, üstünlüklərinizin bir qismini başqasına bağışlamağa çağıracaqlar.
Planlaşdırılmamış tədbirlər və hadisələr üçün "boş" vaxt saxlayın. Şəxsi münasibətlərdə sadəlövh olmayın, emosiyaların əsarətinə düşməyin.
Bir qədər nəfəs dərin, ətrafınıza baxın, şəraiti dəyərləndirin, təmayüllərə qiymət verin.
Şir - Maddi perspektivlərinizi dəyrələndirin. Xeyir verməyən, amma qüvvə və vaxtınızı alan işlərdən imtina edin.
Borcunuzu qaytarsalar və ya böyük məbləğdə ödəniş alsanız, pulları xərcləməyə tələsməyin. Yaxın günlərdəki perspektivlərinizin təməli indi qoyulur.
Planlaşdırdığınızdan fərqli olaraq, tam başqa istiqamətə və ya layihəyə sərmayə yatırmağa tələsməyin.
İstənilən ballast, asılılıq, köhnəlmiş hisslər və aktuallığını itirmiş münasibətlərdən qurtulmaq zamanıdır. Yaşamınızı yeni dəyərlərlə zənginləşdirməyə tələsməyin. İntuisiyanıza qulaq asın. Mövqe və ya fikrinizi yaxın ətrafınızdakı insanlara israrla qəbul etdirməyə çalışmayın.
Həmfikirlərin ümumi iş istiqamətində daha aktiv olmalarını təmin edə biləcək işlər görə bilərsiniz.
Qız - Diqqətinizi əsas işdən yayındırmayın, dəyişən şəraitin və situasiyanın nüanslarının hamısını nəzərə alın. İşinizi diqqətlə görün, tələsməyin.
Rəqiblərinizdən və ya bədxahlarınızdan biri səylərinizin nəticəsindən sui-istifadə etməyə çalışa bilər. Hadisələrin məcrasını, kontekstini qulaqardına vurmayın.
Kollektivdəki şərait intriqalara meyllidir. İstənilən mövzuda emosional mövzu var. Şəxsi marağınız və mənafelərinizin olduğu müstəvidə aktiv olun.
İştirakınız gərəkən işlər arasında ən mühümünü seçin. İkinci dərəcəli işləri müəyyənləşdirərək onların bəzilərini təxirə sala bilərsiniz. Bir mövzunun çərçivəsində qalmayın. Hadisələrin qəflətən dəyişə biləcək ritminə riayət edin.
Axşam saatlarında özünüzü rahat hiss edə biləcəyiniz məkana yollanın. Qüvvə və imkanlarınızın sərhədlərini dürüst müəyyənləşdirin.
Tərəzi - Planlardakı dəyişiklikləri və kənardan təsirləri sakit qəbul edin. Dəyişikliklər günüdür. Başqa işin xətrinə bir işdən imtina etmək mümkündür.
Əvvəllər bacarmadığınız işləri indi uğurla bitirə bilərsiniz. Cari işlərlə məşğul olun. Həmkarlarla tərəfdaşların unutqanlığı və intizamsılığı bəlli problemlər yarada bilər.
İşlərinizi rahatlıqla, daha çox vaxt gərəkəcəyini nəzərə alaraq planlaşdırın. Sizə yardım etmək istəyən insan varsa, bu şansdan yararlanın. Ailə işlərində böyük yenidənqurma və dəyişikliklərə başlamayın.
Gələcəklə bağlı planları formalaşdırmağa başlayın.
Nəzərdə tutduğunuz ideya istiqamətində sürətlə irəliləməyə çalışın.
Əqrəb - Detallara və xırdalıqlara xüsusi diqqət yetirmək gərəkdir. Yarımçıq işləri başa vurmaq, prosesi yeniləmək, sistemləşdirmək və təzələmək gərəkdir.
İş prosesini daha rahat hala salmaq istəyirsinizsə, soyuqqanlı və məntiqli şəkildə davranın.
Vaxtilə unutduğunuz ünsür yenidən maraq kəsb edir.
Enerjiniz və planlarınız çoxdur. Amma maneələr, ləngimələr, planların uyğunlaşmaması və yaxın ətrafdakı insanlarla maraqların toqquşması istisna deyil.
Səhhətinizə fikir verin, profilaktikanı unutmayın.
Pəhriz, sağlam qidalanma, orqanizmin təmizlənməsinə yönəlmiş prosedurlar üçün əlverişli zamandır.
Oxatan - Sizə xoş təəssüratlar yaratmış yerə yenidən qayıtmaq istəyi yarana bilər. Çoxsaylı ideyalar və təkliflər ola bilər. Alınan informasiyanı süzgəcdən keçirin.
Perspektivləriniz üçün faydalı ola biləcək məlumatı seçin.
Yeni qüvvə, ideya və dəstəklə başladığınız iş yaxşı nəticə verə bilər. Son vaxtlar intensiv çalışdığınız sahədə təxirəsalmalar, ləngimələr yarana bilər.
Zəif məqamı və ya nəsnəni aktivləşdirin. Kollektiv işdə öhdəliklər, müqavilələr və fəaliyyət sahəsinə yenidən baxmağınız lazım olacaq.
Münaqişələr münasibətlərdəki dəyişiklikləri aşkarlayır. Proses sürətlə davam edirsə, işlərin məğzini arayın. Lazımdırsa, yenidənqurma və dəyişikliklərə başlayın.
Oğlaq - Hadisələrin ritmi zəifləyir. Özünüzü yaxşı hiss etmir, yaşam potensialınızın azaldığını duyursunuz. İşlərin öhdəsindən uğurla gəlmək üçün aramla, tələsmədən çalışın.
Təfərrüatlara varın, qarşınızdakı insanı dinləməyi bacarın. Mühüm münasibətlərdə dərinlikdə qalmış problem üzə çıxacaq. Köhnə tanışlardan biri özünü xatırladacaq.
Əvvəllər dəfələrlə təxirə salınan iş yenidən aktuallaşır. Əlaqələri təhlil etmək üçün yaranmış imkandan faydalanın.
Təmaslarda önəmli məqam əsas məsələləri başa salmaqla yanaşı, əhvalın nüanslarına bələd olmaqdır.
Dolça - Emosional gündür. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. İddialar silsiləsi narazılıq partlayışına səbəb ola bilər.
Münaqişənin qarşısını ala bilməsəniz, münasibətlərin qapalı yönlərini dəyərləndirmək üçün əldə etdiyiniz məlumatdan yararlanın. Qarşı tərəfin demək istəmədiyi məqamdan xəbər tutacaqsınız.
Axşam saatlarına yaxın maraqlandığınız və ya xoşladığınız işlə məşğul olun.
Su prosedurları çox xeyirlidir.
Gecə söhbətləri, internetdə yazışma stressdən qurtulmağınıza səbəb olacaq.
Balıqlar - Astagəl olmayın. Cari işlərlə xaos və qarışıqlığın yaranmasının qarşısını alın. Niyyətləri razılaşdırmaq, nə barədəsə anlaşmaq çətindir.
Başladığız işlşəri davam etdirin və yalnız öz qüvvənizə güvənin. Tələsməyin. Hansı sənədi imzalamağınızı istədiklərini anlayın.
Səfər və ya səyahətdə ləngimə, nəqliyyat vasitəsinin sıradan çıxması, ətrafdakı insanlardan biri ilə münaqişə istisna deyil.
İnformasiya ilə iş zamanı problemlərin yaranması mümkündür. Axtarılan məlumat qəflətən tapılacaq.
Axşam saatlarında romantik məzmunlu görüş olacaq.
Milli.Az