Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı və Gəncə şəhərlərindəki müştərilərinə “R@ndevu” sürətli xidmətini təklif edir.
Bankdan bildirilmişdir ki, müştərilər banka gəlməmişdən bir gün əvvəl xidmət aldıqları filialda görüş təyin edə biləcəklər. Müəyyən edilmiş vaxt bankın filialına gələn müştərilərə növbəsiz xidmət təqdim olunacaqlar.
Yeni xidmətdən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 və ya *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir.
İlin sonunadək sistemin həm də regionlarda tətbiqi nəzərdə tutulmuşdur.
AzərTac