Sezen Aksu vəsiyyətini yazdı
6.8.2013

Türk pop musiqisinin əfsanəsi Sezen Aksu tayı-bərabəri olmayan bir miras qoyur.

Heç kimə verməyə qıymadığı və evinin kassasında saxladığı iki min bəstəsini
oğlu Mithat Cana ötürəcək.

Əbədiyyətə qovuşduqdan sonra da əsərlərini öz səsiylə yaşatmaq istəyən Minik Sərçə heç kimə vermədiyi bəstələrini özünə aid xüsusi studiyasında səsləndirir.

1974-ci ildən bu yana musiqi ilə məşğul olan və bu günə qədər yazdığı musiqi parçaları ilə bir çox adı ulduz edən Sezen Aksu qoyacağı bu bənzərsiz mirasla oğlunun gələcəyinə zəmanət yaradacaq.

Sezen Aksunun öz həyatından ilhamlanaraq yazdığı bəstələri üçün oğluna “Sənə vəsiyyətim bu mahnıları mən öldükdən sonra sən yaşat” dediyi və bu sözlər qarşısında Mithat Canın böyük bir şok yaşayaraq anasının vəsiyyətini tutacağına söz verdiyi öyrənilib.

publika.az