Azyaşlı mer ikinci dəfə seçildi
6.8.2013

Dörd yaşlı Robert Tafts ikinci dəfə Minnesota ştatında Dorset şəhərinin meri seçilib. Bu şəhərdə icra hakimi hər il festival zamanı seçilir. İstənilən sakin istədiyi qədər səs verə bilər, çünki səslər də pulla alınır. Belə ki, bir dəfə səs vermək bir dollardır. Bobbi üç yaşı olanda mer seçilib. Robert Tafts və ya sakinlərin dili ilə Bobbi dəfələrlə müsahibələr də verib. O deyib ki, dostları ilə oyun oynamağı və dondurmanı çox sevir.

publika.az