Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"da Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerli çəkilişləri yarımçıq qoyaran Berlinə yollanandan sonra onun işi aktrisa Vahide Gördümə tapşırılmışdı.
Serialın 103-cü seriyasından etibarən Hürrəm Sultan rolunu oynayan Vahide Gördüm serialın pərəstişkarlarının sərt tənqidlərinə məruz qalmışdı.
Serialın fanatları yeni Hürrəmi kök, yaşlı, "idbar" saymışdılar.
Vahide Gördüm də sentyabrın 2-də serialın yeni mövsümünün yeni seriyasının nümayişinə əməllicə hazırlanmaq qərarına gəlib.
İstirahətə yollanmayan aktrisa evinə qapanıb, "Mühteşem yüzyıl"ın bütün seriyalarına tamaşa edib.
Bundan başqa, aktrisa Qanuni Sultan Süleyman dönəminə aid 20 kitab oxuyub, Topqapı Sarayını 4 dəfə dolaşıb.
Bu arada "Mühteşem yüzyıl" serialını çəkən "Tims Production" studiyasının rəhbəri Timur Savcı bildirib ki, 3 ildən bəri davam edən serial gələn ilin mart ayında başa çatacaq.
Milli.Az