İspaniyanın Jiron və Barselona şəhərlərində dünyada ilk dəfə olaraq damında ot əkilmiş sərnişin avtobusları küçələrdə hərəkət etməyə başlayıb.
"PhytoKinetic" layihəsi çərçivəsində damlarına ot və çiçəklər əkilmiş avtobuslar böyük şəhərlərdə, xüsusilə də meqapolislərdəki havanı zəhərləyən kimyəvi qarışıqları, xüsusilə də dəm qazını "udacaq", havanı oksigenlə zənginləşdirəcək.
Layihənin müəllifi landşaft dizayneri Mark Qranendir.
"Şəhərlər böyüyür, sıxlıq artır, küçələr insanı illər boyu yavaş-yavaş qətlə yetirən məkanlara çevrilir. Bunun qarşısını almaq üçün ekologiyanı qorumaqla yanaşı, şəhərlərdəki yaşıllığı artırmalıyıq. Məncə, damlarında ot və çiçəklər olan avtobuslar həm də göz oxşayır", - M.Qranen deyib.
Milli.Az