Vertu şirkəti Android 4.0 platforması ilə işləyən Ti Ferrari smartfonlarına sifarişlərin qəbulunu başlayıb.
Cihazın korpusu titan materialdan işlənib hazırlanıb.
Aparat 3.7 düymlük sapfirli şüşə ilə qorunan WVGA displey, 8 meqapiksellik kamera, 64 QB daxili yaddaşla təchiz olunub. Smartfonun ölçüləri 130×59×12,8 millimetr, çəkisi isə 188 qramdır. Aparat məhdud sayda (2013 ədəd) istehsal ediləcək və qiyməti 16 min dollar təşkil edəcək.
Big.az