Tayvan Milli Universitetinin alimləri xəstə haqqında bütün məlumatı toplayıb “Bluetooth” ilə ötürən süni diş işləyib hazırlayırlar.
Alimlərin fikrincə, insan ağzı ən çoxfunksiyalı orqanlardan biridir və insanın səhhətinin monitorinqi üçün ondan istifadə etmək olar. İnsan ağzı vasitəsilə qida və maye qəbul edir, danışır, nəfəs alır və alimlər belə düşünürlər ki, bu, sağlamlıqla bağlı potensial problemləri müəyyənləşdirməyə kömək edəcəkdir.
Alimlər artıq 5 kişi və 3 qadın üzərində təcrübələr aparmışlar, onlar qeyri-mürəkkəb tapşırıqları yerinə yetirmişlər. Sınaqların gedişi göstərmişdir ki, qurğu oral fəallığın 93,8 faizini düzgün müəyyənləşdirə bilmişdir. Hazırda alimlər işin dəqiqliyi üçün qurğunun yeni prototipinin yaradılması üzərində çalışırlar.
AzərTac