“Samsung” şirkəti “Galaxy Note 3”qurğusunun təqdimatına hazırlaşır.
Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy” xəttinə aid yeni qurğusunun təqdimatını keçirəcək.
Məlumatı şirkətin mətbuat xidməti yayıb.
Məlumata əsasən, “Galaxy Note 3” cihazının nümayişi sentyabrın 4-də Berlində keçiriləcək “IFA2013” sərgisi çərçivəsində nəzərdə tutulub.
Xatırladaq ki, ötən il “Samsung” şirkəti “IFA 2012” çərçivəsində “Galaxy Note 2” qurğusunu təqdim edib.
“IFA” sərgisinə gəldikdə isə, onun əsas hissəsi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.
gun.az