ABŞ-dakı Hospitals Case Medical Center-in alimləri yuxu ilə bağlı araşdırma aparıb. Araşdırmada 30-49 yaşlı 60 qadın iştirak edib. Bəzi testlərdən sonra yuxu rejiminə fikir verməyən qadınların dərisinin daha tez yaşlandığı, rənginin solduğu və elastikliyini itirdiyi bəlli olub. Çox yatan qadınların dərisinin günəş şüalarına məruz qaldıqdan sonra daha tez yaxşılaşdığı qeydə alınıb.
Araşdırma həm də yaxşı yatan qadınların özlərini daha cəzbedici hissetdikləri məlum olub.
Araşdırmanı həyata keçirən professor Elma Baron, xroniki yuxusuzluğun xərçəng, diabet kimi xəstəliklərə yol aça biləcəyini vurğulayıb.
Kosmetika şirkəti Estee Lauder tərəfindən hazırlanması istənilən araşdırmanın nəticələri Şotlandiyada təşkil edilən beynəlxalq dermitoliji konfransənda təqdim edilib.
Publika.Az