Məşhur aktyorda xərçəng xəstəliyi tapıldı
7.8.2013

Tanınmış Hollivud aktyoru Dastin Hoffman xərçəng hüceyrələrindən qurtulmaq üçün cərrahiyə əməliyyatını uğurla keçib.

Hoffmanın nümayəndəsi Codi Qottlibin sözlərinə görə, aktyor özünü yaxşı hiss edir, ancaq o, xəstəlikdən tam qurtulmaq üçün bir neçə prosedurdan da keçməlidir.

75 yaşlı aktyorun xərçəngin hansı növündən əziyyət çəkdiyi barədə məlumat verilməyib.

2012-ci ildə Hoffman "Kvartet" komediyasını çəkməklə ilk dəfə özünü rejissor kimi sınayıb. Yaxın vaxtlarda aktyor yeni bir komediya filmini çəkmək üçün hazırlıqlara başlayacaq.

Dastin Hoffman ikiqat "Oskar" mükafatı laureatıdır. O, ilk dəfə mükafatı 1979-cu ildə "Kramer Kramer qarşı" filmindəki roluna görə qazanıb, ikinci mükafatını isə 1988-ci ildə çəkildiyi "Yağış adamı" filminə görə əldə edib.

ANN.Az