Bayram günlərində Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetiriləcək
7.8.2013

Ramazan bayramı ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetirəcək. Bu barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakı-Naxçıvan marşrutu üzrə hər gün 4 uçuş yerinə yetirilir: «Ramazan bayramı ilə əlaqədar bu aviareysdə sıxlığın yaranmaması üçün AZAL avqustun 7-dən 11-dək Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə iki aviareys yerinə yetirəcək».

APA