Dekabrın 31-dən etibarən İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı marşrutu ilə birbaşa sərnişin aviareysini açacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Aeroportdan bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar hər həftənin II və VI günlər yerinə yetiriləcək ki, Bakıdan Təbrizə uçuş saat 18:45-də həyata keçiriləcək: «Bakı-Təbriz marşrutuna bir aviabiletin qiyməti 89 manat, hər iki istiqamətdə isə 175 manat təşkil edir».
Qeyd edək ki, hazırda Azərbaycanla İran arasında yalnız Bakı-Tehran aviareysi üzrə uçuşlar yerinə yetirilir.