İngiltərədə aparılan araşdırma su içmənin beyin fəaliyyətinə, onun sürətlənməsinə müsbət təsir göstərdiyi qənaətini ortaya qoyub.
İngiltərədə iki universitetin birgə apardığı eksperiment nəticəsində suyun daha bir faydası ortaya qoyulub. Araşdırmaya görə, zehni fəaliyyətlə məşğul olan şəxslərin su içməsi onlarda beynin fəaliyyətinin sürətlənməsinə səbəb olur.
"Şərqi London" və "Westminster" universitetlərinin əməkdaşları belə bir ekperiment aparıb. Bir qrup bir həftə fasilə ilə iki fərqli testdən keçirilib. Birinci test zamanı qrupa yemək və ardınca arzuedilən qədər su içmək imkanı yaradılıb. Bundan sonra onlara zehnlərinin yoxlanması üçün yazılı tapşırıqlar verilib. İkinci həftəsində isə sadəcə qrupa yemək verilib, su verilməyib və tapşırıqların həll olunması istənilib.
Araşdırmanın nəticələrini qeyd edən doktor Karolina Edmons su içən qrup üzvlərinin tapşırıqların cavablarını gözlə görüləbiləcək sürətlə yazdıqlarını qeyd edib. Qrup üzvləri ikinci həftədəki testdən - yəni sadəcə yemək yeyib, sonra tapşırıqları həll etdikləri həftədə mənfi nəticələr ortaya qoyublar.
Tədqiqatçıların fikrincə, zehni fəaliyyətlə məşğul olan şəxslərin bu işə başlanmazdan əvvəl ən azı 3 stəkan su içməsi beynin reaksiya sürətini 100-də 14 faiz artırır.
Alimlərin qənaətinə görə, suyun faydası təkcə zehni yaddaş sürətində deyil, söz yaddaşı, göz yaddaşını möhkəmlətməkdə də müstəsna rolu var. Tədqiqat göstərir ki, insan susuzluq keçirərkən yaddaş problemi yaşayır. Susuzluq insanda ruhi sarsıntı yaradır, o, ətrafdakılara "ağlı qarışıb" təsirini bağışlayır.
Big.az