Milyarderin qızı qarət edildi
7.8.2013

24 yaşlı milyonçu Petra Ekklstounun 767 min dollarını qarət ediblər.

Britaniyalı milyarder, “Formula-1”-in rəhbəri Berni Ekklstounun 24 yaşlı qızı fırıldaqçılığın qurbanı olub. Belə ki, məşhurun Londonun prestijli rayonlarından birində yerləşən evi satışa qoyulub və real müştəri çıxıb. Müştəri özünü Qazaxıstandan olan milyonçu kimi təqdim edərək 32 milyon dollar qiyməti olan evə baxmaq istədiyini bildirib. Bu vaxt evin sahibəsi evdə olmayıb. Petra bacısı Tamara və kiçik qızı ilə gəzintidə olub. Evə qayıdarkən qadın bahalı brilyant sırğalarının və brilyantla bəzədilmiş Rolex saatının oğurlandığını görüb. Hazırda polis oğrunu tapmağa çalışır.

publika.az