“Bakı” jurnalının Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş xüsusi sayı çapdan çıxıb
26.12.2011

“Bakı” jurnalının Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş “Ad günün mübarək, əziz Prezident” adlı xüsusi sayı çapdan çıxıb.
Jurnalın baş redaktoru Leyla Əliyeva giriş sözündə atasının ad gününə nə hədiyyə etmək barədə çox düşündüyünü yazır: “Sənə nə hədiyyə etmək barədə çox düşündüm və qərara gəldim ki, bu gün səni daha çox yaxınlarının sözləri, doğmalarının arzuları, uzun illər səni tanıyan, ünsiyyətdə olan, həyat yolunda sənin yanında addımlayan insanların təbrikləri daha çox sevindirir”.
182 səhifəlik illüstrasiyalı jurnalda prezident İlham Əliyevin uşaqlıq və gənclik illərini, tələbəlik dövrünü və siyasi fəaliyyətini əks etdirən məqalələr və fotolar dərc olunub.