Azərbaycanlı qız yuxunun köməyilə 161 490 manat uddu
12.8.2013

Azərbaycanda lotereya tarixində ən böyük uduşu qazanan ailənin üzvü bu rəqəmləri "yuxuda görüb"."Azərlotereya"nın uduş məbləği 161 490 AZN olub, bu isə Azərbaycanın lotereya oyunları tarixində udulan ən böyük məbləğdir.

Lotereyanı udan ailə üzvləri danışma və eşitmə qabiliyyətindən məhrumdurlar. Onların dediklərini, işarə dilini anlayan qonşu tərcümə edib.Lotereyada iştirak edən Sahib Əliyevin qızı, 25 yaşlı Şəfaqət Əliyeva lotereyada çıxan 10, 13, 20, 24 və 28 rəqəmlərini yuxuda gördüyünü izah edib.
Məlumata görə cənab Əliyev isə bildirib ki, ən böyük arzusu, "bu qisməti ona bəxş edən qızının toyunu etməkdir".
Sahib Əliyev qazandığı pullardan 100 000 manatını gələcək üçün banka qoyub, bir hissəsindən isə qohumlarına yardım etmək üçün istifadə edib.

publika.az