İtaliyalı alimlər Leonardo da Vinçinin məşhur “Mona Liza” əsəri üçün poza vermiş Liza Qerardininin qalıqlarını axtarırlar.
Onlar Vinçinin portretində çəkilmiş qadının əri, ipək taciri Françesko del Cokondonun ailəsinə məxsus sərdabəni açıblar.
Araşdırmaçılar keçən il Müqəddəs Ursula monastrında tapılmış Lizaya məxsus qalıqlardakı DNK ilə sərdabədən çıxmış qalıqlardakı DNK-nı yoxlamağı planlaşdırırlar. Xatırladaq ki, Liza son illərini rahibə olaraq məhz bu monastrda keçirib.
publika.az