İstilərin gücləndiyi vaxtlarda gözlərinizi nə qədər qoruyursunuz?
Günəş şüalarından gözləri qorumaq çox asandır
Günəşin
ultrabənövşəyi şüaları təkcə göz qapağına deyil, kornea və göz
bülluruna da zərər verir. Bunun qarşısını almaq çox asandır. Günəş
eynəyini sadəcə akssesuar kimi istifadə etmək yerinə, sağlamlığınız üçün
taxsanız, daha yaxşı olar. Ultrabənövşəyi şüalar əleyhinə eynəkləri yay
mövsümü ərzində çantanızdan əskik etməyin. Günəş gözlərə birbaşa nüfuz
etməməlidir.
Ucuz eynəklərdən ümumiyyətlə uzaq
olmalısınız. Onlar şüalara qarşı qoruyucu təsirə malik olmadığı üçün
çılpaq gözdən daha zərərlidir. Çünki eynəksiz günəşə çıxdığınızda
istər-istəməz gözlərinizi qırpır və şüaların düşməsinə mane olursunuz.
Amma günəş eynəyi taxanda gözlərinizə kölgə düşdüyü üçün gözləri
qırpmırsınız. Bunun sayəsində günəşdən gələn şüaları birbaşa qəbul
edirisniz. Gözlərinizi zərərli şüalardan qorumanın başqa bir yolu da
papaq və şlyapa taxmaqdır.
Kənarları geniş
olan papaqlar sayəsində günəş şüalarının qarşısını ala bilərsiniz. Papaq
taxmağı xoşlamırsınızsa, günəş şüalarına mane olan linzalar taxa
bilərsiniz. Bu linzaları keyfiyyətli eynəklə taxsanız, gözlər zərərli
şüalardan tamamilə qorunacaq.
Publika.Az