Gözlərinizi günəşdən qoruyun
12.8.2013

İstilərin gücləndiyi vaxtlarda gözlərinizi nə qədər qoruyursunuz? 

Günəş şüalarından gözləri qorumaq çox asandır 

Günəşin ultrabənövşəyi şüaları təkcə göz qapağına deyil, kornea və göz bülluruna da zərər verir. Bunun qarşısını almaq çox asandır. Günəş eynəyini sadəcə akssesuar kimi istifadə etmək yerinə, sağlamlığınız üçün taxsanız, daha yaxşı olar. Ultrabənövşəyi şüalar əleyhinə eynəkləri yay mövsümü ərzində çantanızdan əskik etməyin. Günəş gözlərə birbaşa nüfuz etməməlidir. 

Ucuz eynəklərdən ümumiyyətlə uzaq olmalısınız. Onlar şüalara qarşı qoruyucu təsirə malik olmadığı üçün çılpaq gözdən daha zərərlidir. Çünki eynəksiz günəşə çıxdığınızda istər-istəməz gözlərinizi qırpır və şüaların düşməsinə mane olursunuz. Amma günəş eynəyi taxanda gözlərinizə kölgə düşdüyü üçün gözləri qırpmırsınız. Bunun sayəsində günəşdən gələn şüaları birbaşa qəbul edirisniz. Gözlərinizi zərərli şüalardan qorumanın başqa bir yolu da papaq və şlyapa taxmaqdır.   

Kənarları geniş olan papaqlar sayəsində günəş şüalarının qarşısını ala bilərsiniz. Papaq taxmağı xoşlamırsınızsa,  günəş şüalarına mane olan linzalar taxa bilərsiniz. Bu linzaları keyfiyyətli eynəklə taxsanız, gözlər zərərli şüalardan tamamilə qorunacaq.

Publika.Az