Təhsil Nazirliyi: Distant təhsil alan şəxslərin diplomları Azərbaycanda tanınmayacaq
12.8.2013

Təhsil Nazirliyi distant təhsil aldıqdan sonra verilən diplomların Azərbaycanda tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirilir:

“Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınması proseduru nəzərdə tutulmayıb”.

Gün.Az