Vyetnamın mərkəzindəki keçilməz çəngəlliklərdə 83 yaşlı kişi və onun 42 yaşlı oğlu tapılıb.
Xo Van Tan və onun oğlu Xo Van Lanı təsadüfən yerli sakinlər aşkar ediblər və dərhal əlaqədar orqanlara müraciət ediblər. 7 avqustda cəngəlliyə hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Cəngəllikdən tapılan şəxslərin üzərində ağacların qabığından hazırlanmış geyimlər olub. Onlar ağacların yarpaqlarından hazırlanmış daxmada yaşayırmışlar.
Uzun müddət cəmiyyətdən təcrid olunduqlarına görə ata və oğul vyetnam dilində demək olar ki, danışa bilmirlər. Araşdırmalardan sonra məlum olub ki, bundan 40 il əvvəl Xo Van Tanın ailəsi şaxtada baş verən partlayış nəticəsində məhv olub. Baş verən hadisə nəticəsində Tan arvadını və iki övladını itirib, nəticədə o, çox dərin depressiyaya düşüb.
Güman edilir ki, məhz bu hadisədən sonra vyetnamlı sivilizasiya ilə bütün əlaqələrini kəsməyə qərar verib. Oğlu ilə birlikdə o, yığıcılıqla məşğul olub və qarğıdalı yetişdirib.
ANN.Az