“Blackberry” rəsmiləri şirkətin satışa çıxarılmasının mümkünlüyünü nəzərdən keçirdiklərini bəyan edib.
Kanada şirkətində yeni tərəfdaşlıqlar, habelə şirkətin satılması və digər imkanları nəzərdən keçirəcək xüsusi komitənin yaradılması haqda danışırlar.
Rüblük hesabata görə, “Blackberry” 80 mln. dollar ziyana düşüb, şirkətin səhmlərinin dəyəri 6 il öncəki göstərici ilə müqayisədə 95% ucuzlaşıb.
Qeyd edək ki, 10 il əvvəl “Blackberry” smartfonları iş adamları arasında çox populyar olub. Lakin bu smartfonlar “iPhone” və “Android” bazasında işləyən smartfonlarla rəqabətə dözməyib.
APA