Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyəti tərəfindən Beynəlxalq Mükafat Jürisi yaradılıb.
Dünya mədəniyyətinin inkişafında, özündən sonrakı 9 əsrdə minlərlə şairin, filosofun istinad mənbəyi olaraq yetişməsindəki roluna, ümumbəşəri dəyərlərin formalaşmasındakı müstəsna xidmətinə görə böyük şair Nizami Gəncəvinin adına təsis edilmiş “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” BMT əsasında duran dəyərlərə bağlı, yüksək mənəvi prinsipləri təcəssüm edən, demokratik dəyərlərə sadiq tanınmış fərdlərdən ibarət Mükafat Jürisi tərəfindən seçilərək hər il təqdim olunacaq.
Jürinin üzvləri aşağıdakılardır:
Ülyahəzrət Kraliça Nur (Fəxri Sədr)
İsmail Serageldin - İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının Prezidenti
Vaira Vike-Freiberga - Latviya Respublikasının Prezidenti (1999-2007)
Uoalter Fust - "GlobalEtik.org"un prezidenti, YUNESKO-İTU Brodband Komissarı
Tarja Halonen - Finlandiya Prezidenti (2000-2012)
Giuli Alasania - Gürcüstan Universiteti Himayədarlar Şurasının sədri
Melanne Verveer - ABŞ-ın Qlobal qadın məsələləri üzrə Xüsusi Səfiri (2009-2013)
Bildirək ki, jürinin ilk toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçiriləcək.
http://salamnews.org