“RİA Novosti” agentliyinin Azərbaycan və Rusiya xalqlarının mədəni-tarixi əlaqələrinə həsr olunmuş fotosərgisi açılıb. Fotosərgi Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub.
Ekspozisiyada “RİA Novosti”nin arxivindən 40-dan çox foto, o cümlədən bəstəkar Dmitri Şostakoviçin royal arxasında öz tələbəsi Qara Qarayevlə, sovet estradasının ulduzları Müslüm Maqomayevlə Polad Bülbüloğlunun, eləcə də Mstislav Rostropoviçin Vladimir Putin və İlham Əliyevlə çəkilmiş fotoşəkilləri sərgilənir.
Valeri Şustov, Anatoli Qaranin, Sergey Quneyev, Boris Kaufman, Vladimir Fedorenko kimi məşhur fotoqrafların əsərləri Böyük Vətən müharibəsindən günümüzə qədər olan dövrü əhatə edir.
APA