Mel Gibsonun 850 milyon dollarlıq varidatının tam yarısı sabiq arvadına çatdı
26.12.2011

Hollivud ulduzu, məşhur aktyor Mel Gibson sabiq arvadı Robin Murla boşanma prosesini nəhayət ki, başa vurub. Məhkəmənin qərarına görə, aktyorun 850 milyon dollarlıq varidatının tam yarısı sabiq arvada çatıb. 55 yaşlı aktyor və rejissorla 51 yaşlı arvadı, qızlıq soyadını qaytarmış Robin Mur arasında "boşanma anlaşması" Los-Anceles məhkəməsində imzalanıb.
Məhkəmə qərarına görə, Mel Gibsonun ABŞ-ın Malibu kurortundakı malikanə və evlərinin yarısı da onun 26 il nikahda olduğu 7 övlad anası Robin Mura çatacaq.